Xəbərlər

viphost.az-da cPanel Hosting İstifadəyə Verildi!

08.05.2026 2 dəqiqəlik oxu 160 baxış VipHost Komandası
viphost.az cPanel Hosting Mavi fon üzərində cPanel ikonu olan viphost.az cPanel Hosting yazısı cP viphost.Az cPanel Hosting SSL 99.9% Uptime Backup
DirectAdmin ilə yanaşı indi cPanel hosting də mövcuddur. Dünyada ən populyar hosting paneli artıq viphost.az-da.

cPanel VipHost.Az-da Aktivdir!

VipHost.Az olaraq müştərilərimizə daha geniş seçim təqdim etmək məqsədilə cPanel hosting xidmətimizi istifadəyə verdik. Artıq həm DirectAdmin, həm də cPanel panelindən istədiyinizi seçə bilərsiniz.

cPanel nədir?

cPanel — dünyada ən geniş istifadə edilən hosting idarəetmə panelidir. İstifadəçi dostu interfeysi, zəngin funksionallığı və geniş dəstək bazası ilə tanınır. Xüsusilə:

  • Əvvəlcədən başqa hostingdə cPanel istifadə edənlər üçün
  • cPanel üzrə hazır dərslik və resurslardan istifadə etmək istəyənlər üçün
  • Softaculous ilə 1 kliklə WordPress, Joomla, PrestaShop quraşdırmaq istəyənlər üçün

DirectAdmin ilə fərqi nədir?

Hər iki panel eyni hosting xidmətini təqdim edir — domen, email, verilənlər bazası, SSL, fayl meneceri. Fərq yalnız interfeysdədir. DirectAdmin daha sürətli və yüngüldür, cPanel isə daha geniş tanınan və resursludur. Seçim tamamilə sizindir.

Necə sifariş vermək olar?

Hosting paketini sifariş edərkən panel seçimi — DirectAdmin və ya cPanel — edə bilərsiniz. Hosting paketlərimizə baxın və ya bizimlə əlaqə saxlayın.

Bütün məqalələrə qayıt